image-reklam-veteninfo
image-656f1b887ed36backend

“İsrailin Qəzzada törətdiyi hərəkətlər qətliamdır” – Borell

image-reklam-veteninfo

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell İsrailin Qəzzaya hücumlarını “qırğın” kimi qiymətləndirib və mülki itkilərin sayının söyləniləndən çox olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən 25-ci İnsan Haqları Forumunda çıxış edən C.Borrell Qəzzadakı vəziyyətə toxunaraq deyib: “İsrailin özünü müdafiə etmək hüququ olsa da, heç kim bu qədər mülki itkiləri qəbul edə bilməz.

“Həmas”ın 7 oktyabr hücumu qətliam idi, lakin İsrailin də Qəzzada törətdiyi hərəkətlər qətliamdır. Bir dəhşət digərinə haqq qazandırmır.

Nə qədər qurban var? Dəqiqi heç kim bilmir. Deyilənə görə, 15 mindir, amma xarabalıqlar altında bəlkə daha çoxdur.

Beynəlxalq ictimaiyyət bölgədə baş verənlərə qarşı səssiz qalmamalıdır. Bu dəhşət dayandırılmalıdır.

İsrail dövlətinin varlığına qarşı çıxmadan iki dövlətli həlli müdafiə etmək hüququnun tərəfdarıyam.

İordan çayının qərb sahilində qeyri-qanuni məskunlaşmalar və fələstinlilərə qarşı zorakılıqlar dayandırılmalıdır”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki