image-1backend

İsrailin Qəzzaya hücumları nəticəsində 40 mindən çox bina dağılıb

image-reklam_sirab_01

İsrailin Qəzzaya hücumları nəticəsində 41 mindən çox bina tamamilə dağılıb.

Vətəninfo.az xəbər verir ki,  bu barədə Qəzza zolağındakı hökumətin media ofisindən verilən məlumatda bildirilib.

Məlumata əsasən, İsrailin 37 gündür davam edən hücumları nəticəsində 41030 bina tamamilə, 222120 bina isə qismən dağılıb.

Hücumlar zamanı 92 dövlət binasına və 241 məktəbə ciddi ziyan dəyib, onlardan 61-nin yararsız hala düşdüyü bildirilib.

Dini məkanların da zərər gördüyü hücumlar nəticəsində 70 məscid tamamilə dağılıb,153 məscid qismən dağıdılıb, 3 kilsə hədəf alınıb.

Bir aydan çox davam edən hücumlar nəticəsində kənd təsərrüfatına dəyən maddi ziyanın 180 milyon dollar olduğu bildirilib.

İsrail kənd təsərrüfatı sahəsinin 25 faizindən çoxunu buldozerlərlə dağıdıb, meyvə ağaclarını kökündən çıxarıb, xalqın gəlir mənbəyi olan mal-qara, ev quşları və balıqları məhv edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki