image-1backend

İsrailli nazirdən Ərdoğana qalmaqallı müraciət:” İsrailə hücum etmək artıq işə yaramır”

image-reklam_sirab_01

İsrailin xarici işlər naziri İsrael Katz martın 31-də Türkiyədə keçirilən yerli seçkilərdə qalib gələn “Xalq Cümhuriyyəti” Partiyasının (CHP) namizədləri Mənsur Yavaşı (Ankara Bələdiyyə Başçısı), Əkrəm İmamoğlunu (İstanbul Bələdiyyə Başçısı) təbrik edib və Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğana qalmaqallı  müraciət edib.

Vətəninfo.az  xəbər verir ki , bu barədə Türkiyənin “Yenisafak” məlumat yayıb.

“İmamoğlunu və Yavaşı təbrik edirəm. Bu, prezident Ərdoğana açıq mesajdır. İsrailə hücum etmək artıq işə yaramır, o, yeni şeylər tapmalıdır”, – İsrailin xarici işlər naziri bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki