İstanbul Sərgi Mərkəzi Avrasiya Turizm və Sağlamlıq Sərgisinə ev sahibliyi edir.
Vətəninfo.az xəbər verir ki, IX Ümumdünya Halal Sammiti və İslam Əməkdaşlıq Təşkilatının X Halal Expo Sərgisi ilə eyni vaxtda keçirilən sərgidə sektorun aparıcı investorlarını, səhiyyə müəssisələrini, turizm agentliklərini, xəstəxanaları və öz sahələri üzrə ekspertləri bir araya gətirir.
Sərgidə 74-dən çox şirkətin məhsullarını nümayiş etdirilir. Sərginin 30 minə yaxın adama ev sahibliyi edəcəyi gözlənilir.