image-07d111e0-f239-3c92-a052-2a2e17b1c6f9_850backend

İsveçin separatçılarla bağlı vədləri Türkiyəni qane etmir

image-reklam_sirab_01

İsveçin kürd separatçıları ilə bağlı problemi həll etmək vədləri Türkiyəni qane etmir və rəsmi Stokholm daha qətiyyətli addımlar atmasa, çətin ki, Ankara ölkənin NATO-ya üzvlük müraciətinə etirazını geri götürsün.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik bildirib.

“İsveçdən gələn bu bəyanatlar yaxşıdır, lakin həyata keçirilməyənə qədər kifayət deyil”-deyə, o bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyadan terrorçuların ekstradisiyasını tələb edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki