Latviya Rusiyanın Ukraynaya son hücumları nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Baiba Braže sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, Latviya Ukraynanın mülki əhalisinin, o cümlədən Zaporojye vilayətinin Kamışevaxa yaşayış məntəqəsində humanitar yardımın paylandığı məntəqənin hədəfə alınması və nəticədə azı 26 mülki şəxsin həyatını itirməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini istəyib.
Xatırladaq ki, noyabrın 2-də Rusiyanın Ukraynanın Zaporojye vilayətində yerləşən Kamışevaxa qəsəbəsinə hücumu nəticəsində azı 26 nəfərin öldüyü bildirilir. Hücum zamanı humanitar yardımın paylanması məntəqəsinin də hədəfə alındığı qeyd olunur.
Latviyanın təşəbbüsünün ardından BMT Təhlükəsizlik Şurasında məsələ ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir.


























