Vətəninfo.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev vətəndaşlara vacib xəbərdarlıq edib. Kibercinayətkarların süni intellekt vasitəsilə onun adından istifadə edərək müxtəlif şəxslərə saxta müraciətlər və mesajlar göndərdiyi müəyyən edilib.
Paylaşılan ekran görüntülərindən görünür ki, dələduzlar başçının adını və fotoşəklini +994 70 587 94 44 nömrəsindən istifadə edərək müxtəlif vətəndaşlara (Həqiqət xanım, Seymur müəllim, İxtiyar müəllim və s.) yazır və müxtəlif bəhanələrlə əlaqə yaratmağa çalışırlar.
Adil Əliyev vətəndaşlara səslənərək bildirib: “Xahiş edirəm, mənim adımdan gələn şübhəli mesajlara, zənglərə və müraciətlərə inanmayın. Hər hansı məlumatı birbaşa mənimlə dəqiqləşdirin.”
Adil Əliyev bildirib ki, məsələ ilə bağlı artıq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işinin başlandığı və araşdırma aparılır: “ Vətəndaşlardan bu cür hallara qarşı diqqətli və ehtiyatlı olmaları xahiş olunur”.


























