image-reklam-veteninfo
image-1backend

Köçəryanlara milyonluq yeyinti ittihamı – Mülklərinə həbs qoyuldu, özü isə…

image-reklam-veteninfo

Ermənistanın II prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryana qarşı rəsmi ittiham irəli sürülüb, hər iki şəxs saxlanılıb. Korrupsiyaya Qarşı Mübarizə Komitəsi onların barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edildiyini bildirib.

Müstəntiqlərin açıqladığı materiallarda Köçəryanlar ailəsinin və onlara bağlı şəbəkənin mənimsədiyi dövlət əmlakı və qanunsuz maliyyə dövriyyəsinin miqyası açıqlanıb.

Rəsmi məlumata görə, cinayət işi çərçivəsində ittihamlar aşağıdakı kimidir:

Robert Köçəryan rəsmi vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda rüşvət alma və çox böyük həcmdə çirkli pulların yuyulması.

Sedrak Köçəryan isəkülli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik etmə və külli miqdarda rüşvət alma. İş üzrə ümumilikdə 14 nəfər təqsirləndirilən şəxs var. Onların arasında II prezidentlə yanaşı, III prezident Serj Sarkisyan və Köçəryana bağlı şirkətlərin 4 rəhbər şəxsi də yer alır. Vəkil Aleksandr Kuçubayevin verdiyi məlumata görə, saxlanıldıqdan sonra Robert Köçəryanın səhhəti pisləşib və o, xəstəxanaya yerləşdirilib.

İstintaqın ilkin nəticələrinə görə, R.Köçəryan vəzifədən istifadə edərək dövlət mülkiyyətində olan strateji və dəyərli obyektləri uydurma bəhanələrlə bazar giymətindən dəfələrlə ucuz qiymətə mənimsəyib. Qanunsuz yolla əldə edildiyi bildirilən və üzərinə həbs qoyulan mülklərin siyahısı:

“Toyota Yerevan” şirkəti (Sedrak Köçəryanın 30% payı var), “Pregomesh” şirkəti (Levon Köçəryanın həyat yoldaşı, müğənni Siruşoya məxsusdur), “PlayCity” əyləncə mərkəzivə “FastKart” şirkəti,”Orange Fitness” idman klubu və “Piazza Grande” biznes mərkəzi,”Cascade” kompleksinin sol hissəsində yerləşən 2 hektarlıq torpaq sahəsi, İrəvanın Paronyan küçəsi 8 ünvanındakı bina, Göyçə bölgəsindəki “Kaputak Sevan” istirahət kompleksi

“Art Build” şirkəti və “Tenis Olimpiya İdman Məktəbi”nə məxsus 29 min kv.m torpaq sahəsi (üzərindəki 1700 kv.m bina ilə birlikdə). Bundan əlavə, eks-prezidentin oğlunun adına rəsmiləşdirilən 144 milyard dram, 309 milyon dollar, 77 milyon avro və 18 milyon rubl məbləğində pul köçürmələrinin, eləcə də Ermənistanda və xaricdə alınan onlarca daşınmaz əmlakın mənşəyi araşdırılır.

Avqustun 25-i səhər saatlarından etibarən hüquq-mühafizə orqanları parlamentdə “Ermənistan” fraksiyasının deputatı olan kiçik oğul Levon Köçəryanın evində də axtarış aparıb. L.Köçəryanın parlament toxunulmazlığı olduğu üçün onun həbsi barədə Baş Prokurorluq tərəfindən hələlik Milli Məclisə rəsmi müraciət daxil olmayıb.

Xatırladaq ki, həbslər və kütləvi axtarışlar dünən parlamentdə L.Köçəryan ilə Baş nazir Nikol Paşinyan arasında yaşanan qalmaqallı debatdan dərhal sonra başlayıb. Paşinyan debat zamanı Köçəryanlara müraciət edərək “Milyonlarınızı haradan əldə etmisiniz? O pullar qəpik-qəpik Ermənistana qaytarılacaq” bəyanatını vermişdi.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki