Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edəcək. “Bakcell Arena”da oynanılacaq görüşü xorvatiyalı FIFA referisi Dario Bel idarə edəcək. Qarşılaşma saat 21:00-da start götürəcək.
Oyun öncəsi “ağ-qaralar”da yeganə itki Sezar Meza Kollinin yoxluğudur. Əməliyyat olunan paraqvaylı yarımmüdafiəçi uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qonaqlardan Martin Mormanın Bakıdakı matçı buraxacağı dəqiqdir. Patrik Qraylın isə oyunda iştirakı sual altındadır.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.