image-c0dd70ed-cf31-3d81-bb25-b87e25bdc1a4_850backend

Konfrans Liqası: “Neftçi” bu gün Avstriyada cavab oyununa çıxacaq

image-reklam_sirab_01

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“ağ-qaralar” Avstriyada “Rapid” (Vyana) klubunun qonağı olacaq.

“Allianz” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Qarşılaşmanı norveçli FIFA referisi Rohit Saqqinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində serbiyalı müdafiəçi Aleksa fPeyiç cəzalı olduğu üçün matçı buraxacaq. “Neftçi”də isə itki yoxdur.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada Azərbaycan təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək. Lixtenşteyndəki ilk oyunda qalib müəyyənləşməyib – 1:1.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki