image-1712382882_970backend

Könül İsmayılova: “Qurulan dostluq əlaqələri, imzalanan sazişlər gücləri artırır”

image-reklam_sirab_01

“Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycanda rəsmi səfərdə oldu. İlk dəfədir ki, Konqo Respublikasının Prezidenti Azərbaycana rəsmi səfər edib. Aprelin 4-də prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Görünən odur ki, Azərbaycanın daha bir ölkə ilə dostluq əlaqəsi qurulmağa başlayır”.

Bunu Azərbaycan prezidenti ilə Konqo prezidentinin mətbuata bəyanatlarla çıxışı ilə bağlı açıqlamasında Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova bildirib.

Könül İsmayılova qeyd edib ki, prezidentlərin imzaladıqları Əməkdaşlıq haqqında Bəyannamə bu dostluq münasibətlərinin gözəl təməli sayılır:

“Bu sənədlə də ölkələrimizin əməkdaşlığının perspektivləri müəyyən ediləcək. Nəzərə alsaq ki, Azərbaycan dostluq, əmakdaşlıq qurduğu dövlətlərlə daim sağlam münasibətdə olur, Konqo ilə də siyasi əlaqələrinin bundan sonra uğurla inkişaf edəcəyi şübhəsizdir”.

Ölkələrimiz arasında qurulan dostluq münasibətlərinin hansı yöndə özünü daha çox büruzə verəcəyinə gəlincə, K.İsmayılova vurğulayıb ki, ilk növbədə BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlıq əlaqələri inkişaf olunacaq. Könül xanım qeyd edib ki, digər tərəfdən, hər iki ölkə bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyəti davam etdirəcək.

K.İsmayılova iki dövlət arasında qurulan əməkdaşlığın perspektivində duran məsələlərə diqqət çəkib:

“Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji, energetika, mədənçilik və sair. Strateji əməkdaşlığımız üçün də çox gözəl zəmin var. Tələbə mübadiləsi də sovet dövründəki ənənə olaraq bərpa ediləcək.

Düşünürəm ki, Azərbaycanın regionda getdikcə daha da artan gücü yeni-yeni əlaqələrin qurulmasına aparan bir yoldur. Bu yolda Azərbaycana qarşı maneələr yaratmaq istəyənlər təbii ki, məqsədlərinə çatmayacaqlar. Çünki qurulan dostluq əlaqələri, imzalanan sazişlər gücləri artırır, azaltmır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki