image-1backend

Kreml Ermənistan və Azərbaycana ÇAĞIRIŞ ETDİ

image-reklam_sirab_01

Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırır.

Vətəninfo.az xəbər verir ki, Kreml rəsmisi Dmitri Peskov təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı xəbəri narahatedici adlandırıb.

“Bu, təmas xəttindən gələn həyəcanverici xəbərdir. Biz hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, – Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, bu cür insidentlər Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşaraq, danışıqlar prosesinin irəliləməsinə kömək etmir. Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki