image-1backend

“Lenini mavzoleydən çıxardaq və dəfn edək”- preizdentliyə namizəd

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Sergey Malinkoviç LDPR Partiyasının lideri Leonid Slutskinin deputat mandatından məhrum edilməsini tələb edərək Dövlət Dumasına müraciət edəcəyini açıqlayıb.

Daha əvvəl Rusiya Federasiyasının prezidentliyinə namizədlərdən biri olan Slutski Vladimir Leninin vəsiyyətini yerinə yetirməyin və onu anasının yanında dəfn etməyin vaxtının yetişdiyini bildirib.

“Partiya Rusiya Dövlət Dumasına cənab (Dövlət Dumasının spikeri Vyaçeslav) Volodinə Slutskinin Leninin yenidən dəfn edilməsi təklifi ilə bağlı deputat mandatından məhrum edilməsi barədə sorğu göndərəcək və ictimaiyyətin böyük qəzəbinə səbəb olmuşdu”. RİA Novosti onun sözlərinə istinadən xəbər verir.

Yeri gəlmişkən, illər əvvəl həmin Liberal-Demokrat Partiyasının o vaxtkı lideri Vladimir Jirinovski Leninin cəsədini 1 milyard dollara satmağı təklif etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki