image-reklam-veteninfo
image-b12backend

Lənkəranda Zərərin Azaldılması Proqramı ilə bağlı görüş keçirilib

image-reklam-veteninfo

07 fevral 2024-cü il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Nofəl Şərifov Lənkəran şəhərində Zərərin Azaldılması Proqramı çərçivəsində keçirilən görüşdə iştirak edib.

Görüş zamanı zərərin azaldılması proqramlarının əsas prinsipləri, hədəf qrupların ehtiyaclarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi, xidmətlərin əlçatanlığının və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin xidmətlərdən yararlanan şəxslərə daha effektiv şəkildə çatmaq məqsədilə piyada marşrutlarının müəyyənləşdirilməsi, mobil xidmətlərin təşkili və sahə işinin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi zərərin azaldılması xidmətlərinin daha əlçatan, effektiv və ehtiyaclara uyğun şəkildə təşkilinə töhfə vermək olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki