image-reklam-veteninfo
image-images-1backend

Makqreqordan gözlənilməz qərar: Oktagona son dəfə çıxacağını açıqladı

image-reklam-veteninfo

İki çəki dərəcəsində UFC çempionu olmuş irlandiyalı döyüşçü Konor Makqreqor növbəti qarşılaşmasının karyerasında son döyüşü olacağını bəyan edib.

Makqreqor bu barədə sosial şəbəkə hesabında paylaşım edərək gələcək döyüşünə xüsusi hazırlaşacağını və izləyici sayına görə yeni rekordlar müəyyənləşdirməyə çalışacağını bildirib.

“Gələn döyüşümün daha çox izlənməsi üçün əlimdən gələni edəcəyəm. Bu, mənim son döyüşüm olacaq. Görək, hansı göstəricilərə nail ola biləcəyəm. Öz rekordlarımı yeniləməyə davam edəcəyəm”, – deyə irlandiyalı idmançı qeyd edib.

38 yaşlı Makqreqorun peşəkar MMA karyerasında 22 qələbəsi və 7 məğlubiyyəti var. O, UFC tarixində yarım yüngül və yüngül çəki dərəcələrində çempionluq qazanan döyüşçülərdən biridir.

Qeyd edək ki, Makqreqorun açıqlaması məhz növbəti qarşılaşmasının sonuncu döyüşü olacağına aiddir. Bu bəyanat onun ümumilikdə döyüş idmanı karyerasını başa vurduğu anlamına gəlmir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki