image-thumb-16backend

Malik Həsənov: Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir

image-reklam_sirab_01

“Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni istiqamətlər üzrə inkişafı prioritetdir. Qarşılıqlı səfərlər, həmçinin imzalanan sənədlər əsasında bu   əməkdaşlıq daha da inkişaf etdirilir. Bu gün Azərbaycanın istər Avropa İttifaqı, istərsə də quruma üzv dövlətlərlə əlaqələrinin inkişaf səviyyəsinə  diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Brüsseldə Ermənistanın  baş naziri Nikol Paşinyanla görüşdən sonra İtaliyaya işgüzar səfəri mühüm məqamlarla diqqətdə oldu. Cənab İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumda iştirakı, forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı və İtaliyanın nüfuzlu KİV nümayəndələrinin suallarını cavablandırması, “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi Azərbaycanın İtaliya, ümumilikdə Avropa İttifaqı ilə əlaqələrinin  hazırkı səviyyəsinə, ölkəmizin  iqtisadi və siyasi mövqeyinə, artan roluna  işıq saldı.”

Bu fiikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki,  iki ölkə arasında strateji tərəfdaşlıq uğurla həyata keçirilir: “Azərbaycan və İtaliyanın ikitərəfli gündəliyi getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Dövlət başçısının avqustun 31-də İtaliyaya işgüzar  səfəri zamanı  bu gündəliyə yeni bir sahə- təhsil əlavə edildi. Belə ki, Azərbaycanın İtaliyada səfirliyinin yeni binasında  İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş  mərasim keçirildi. ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair  sazişlər imzalandı. Bu mühüm addım göstərdi ki, iki ölkə gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcək. Hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir.  Dövlət baçısı İlham Əliyevin 2003-cü ildən qarşıya qoyduğu  “Neft kapitalını insan kapitalına çevirək!” hədəfinə uyğun olaraq ölkəmizdə  təbii resurslardan əldə edilmiş gəlir insan kapitalına yönəldilir ki, qeyd edilən addım da   bunun əyani sübutudur. Prezident  İlham Əliyev  Sazişin imzalanması mərasimində bu əminliyi ifadə etdi ki,  İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq.”

Malik Həsənov onu da əlavə edib ki, İtaliya-Azərbaycan əməkdaşlığının bütün istiqamətlər üzrə yüksələn xətlə davam etməsi onu göstərir ki, münasibətlər müttəfiqlik əlaqələrinə yaxındır: “Prezident İlham Əliyevin İtaliyaya işgüzar  səfəri çərçivəsində keçirilən görüşlər,  iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməyə uyğun olaraq atılan addımların müzakirəsi, yeni istiqamətlərin müəyyənləşdirilməsi gələcək barədə aydın tsəvvür yaradır.  İtaliya Prezidenti Sercio Mattarella dövlət başçısı İlham Əliyevlə  görüşündə Cənubi  Qafqazın lider ölkəsi olaraq Azərbaycanla əməkdaşlığa xüsusi diqqətini ifadə etdi.”

Millət vəkili bildirib ki, Avropanın inkişaf etmiş ölkələrindən olan İtaliya ilə Azərbaycanın son illərdə  daha da möhkəmlənən münasibətləri hər iki  dövlətin iqtisadi inkişafı, siyasi münasibətlərin möhkəmlənməsi üçün etibarlı zəmin yaradır: “Dövlət başçısı İlham Əliyevin “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bugünümüz və gələcəklə bağlı mühüm məqamlar öz əkini tapdı. Belə ki, Azərbaycanın enerji siyasətinin ayrı-ayrı mərhələlərindən bəhs edən cənab İlham Əliyev Cənub Qaz Dəhlisinin reallığa çevrilməsindən, TANAP-ın və TAP-ın istifadəyə verilməsindən bəhs edərək bu layihənin  icrasında  İtaliyanın iştirakını  xüsusi qeyd etdi. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Ölkəmiz  İtaliyanın bu tərkibdə iştirakını yüksək dəyərləndirir.”

Millət vəkili  İtaliya şirkətlərinin  işğaldan azad olunan ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində  aktiv fəaliyyətinə də diqqəti yönəldərək bildirib ki,  bu kimi mühüm addmlar Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların  qəbulunun göstəricisidir: “İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.  Memorial və Zəfər muzeyləri təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda – Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Dövlət başçısı İlham Əliyev  İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bu məqamı da xüsusi qeyd etdi ki, daha bir İtaliya şirkəti   Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Bütün bunlar  münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir.”

“Ümumilikdə cənab İlham Əliyevin İtaliyaya işgüzar səfəri Azərbaycanın hazırkı dövrdə beynəlxalq münasibətlər sistemində artan roluna, qlobal problemlərin həllində ortaya qoyduğu yanaşmaya, xarici siyasətinin dəyişməz prinsiplərinə bir daha aydınlıq gətirdi. Ölkə Prezidentinin Forumda iştirakı, eyni zamanda, Azərbaycanın enerji siyasətinin dünyaya təqimatına geniş inkanlar yaradılması qürurvericidir. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunun təqdimatıdır.  Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlət başçısı bir daha qeyd etdi ki,  Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Cənab İlham Əliyev   beynəlxalq hüququn qorumasına cavabdeh olan beynəlxalq institutların fəaliyyətinin dövrün  çağırışlarına uyğunlaşdırılmasının vacibliyini qeyd etdi”,-deyə millət vəkili vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki