image-1backend

XİN-də adamı olan “santexnik”- Yaxud 4500 manatlıq dələduzluq

image-reklam_sirab_01

Xarici İşlər Nazirliyinin (XİN) adından dələduzluq edən şəxsə hökm oxunub. Nəsimi Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan Samir (ad şərtidir) 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
İş materiallarına görə, Samir “santexnik” işlədiyi evin sahibəsinə övladını ölkədən çıxarmağa yardım edəcəyini bildirib. O, ev sahibəsini XİN-də tanışlarının olduğuna inandırıb. Samir bu məsələnin 4500 manata həll ediləcəyini deyərək ondan ilkin olaraq 2000 manat, daha sonra isə 2500 manat alıb.
Bir müddət keçdikdən sonra məlum olub ki, Samir yalan vəd verib. Bundan sonra evin sahibəsi hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmə zamanı o da aydın olub ki, Samir əvvəllər də dələduzluq əməlinə görə məhkumluq həyatı yaşayıb.Qaynarinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image