image-1backend

Messi “Barselona”ya qayıdır – Aleks Kandal

image-reklam_sirab_01

“İnter Mayami” klubunun və Argentina millisinin hücumçusu, 8 qat “Qızıl top” sahibi Lionel Messi MLS (Böyük Futbol Liqası) mövsümünün sonunda İspaniyanın “Barselona” klubuna qayıdacaq.
Vətəninfo.az  xəbər verir ki, bu barədə “DSports” telekanalının jurnalisti Aleks Kandal “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Mənbənin sözlərinə görə, Messi təmir edilmiş “Kamp Nou” stadionunda oynamadan karyerasını bitirmək niyyətində deyil.
Məlumata görə, MLS mövsümü 2025-ci ilin sonunda başa çatacaq.
Futbolçunun hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.
Qeyd edək ki, 37 yaşlı Messi 2003-2021-ci illərdə “Barselona”nın əsas komandasında çıxış edib. “Transfermarkt” portalından verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.Yeniavaz.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image