image-1backend

Qvardiola: Çox yaxşı oynadıq, amma fantastik komandaya qarşı idik

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki,İngiltərə çempionu “Mançester Siti”nin kataloniyalı baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 26-cı turunun ev oyununda “Liverpul”a 0:2 hesablı məğlubiyyəti şərh edib.

“Çox yaxşı oynadıq, amma fantastik komandaya qarşı oynayırdıq”. Bəlkə də başlanğıcda şanslar 50/50 idi, amma şansımızdan istifadə edə bilmədik.

İkinci hissədə rəqib çox dərindən müdafiə olundu. Mübarizəni onların cərimə meydançasına keçirib üstünlük qazanmağa çalışdıq. “Biz tez-tez hücum edirdik, lakin heç vaxt uğur qazana bilmədik”, – Qvardiola BBC-dən sitat gətirib.

Turnir cədvəlinə 64 xalla “Liverpul” başçılıq edir, “Mançester Siti” isə 44 xalla dördüncüdür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image