Mariupolda dram teatrına sığınan insanlar bombardman zamanı sağ qalıblar.
Veteninfo.az-ın “Unian.net”ə istinadən xəbərinə görə, bu barədə ukraynalı deputat Sergey Taruta “Facebook” hesabındakı paylaşımında bildirib.
Onun sözlərinə görə, teatr binası aviasiya bombasına tab gətirib və nəticədə sığınacaqdakı insanlar sağ qalıblar.
“Qeyri-müəyyənliklə dolu dəhşətli gecədən sonra, nəhayət müharibənin 22-ci gününün səhərində Mariupoldan yaxşı xəbərlər var. Sığınacaqdakı insanlar sağdırlar”, – deputat bildirib.
Sergey Taruta qeyd edib ki, dağıntılar aradan qaldırılır və insanlar sığınacaqdan sağ şəkildə çıxarılırlar.


























