İran Avropanı Tehrana qarşı mümkün hərbi əməliyyatlarda iştirak etməməyə çağırıb və ABŞ-yə dəstək verən Avropa ölkələrini raket zərbələri ilə hədələyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın keçmiş xarici işlər naziri (2005–2010), hazırda isə parlamentin deputatı olan Mənuçehr Mottəki açıqlama verib.
Mottəki Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliya kimi Qərb ölkələrini hərbi bazalarını İrana qarşı əməliyyatlarda iştirak edən ABŞ qırıcılarının istifadəsinə verməkdə ittiham edib.
“Əgər hazırda müzakirə olunan regiondan kənara çıxmaq istəyiriksə, bilməliyik ki, bizə qarşı istifadə edilən həmin məkanlar da hədəf dairəsinə daxildir”, – deyə o, İranın IRIB dövlət yayım korporasiyasına bildirib.
İranlı deputat ABŞ-yə hərbi dəstək göstərən ölkələri İran xalqından üzr istəməyə çağırıb. O, Tehranın raketlərinin Avropaya qədər çata biləcəyini də vurğulayıb.
Mottəkinin bu açıqlaması İranın ABŞ-nin Avropadakı hərbi infrastrukturunu da mümkün hədəf kimi nəzərdən keçirə biləcəyinə dair xəbərdarlıq kimi qiymətləndirilir.


























