image-reklam-veteninfo
image-1backend

Mer öldürüldü

image-reklam-veteninfo

Fransanın şimal-qərbində yerləşən Lokmariya kommunasının meri Dominik Russelot yaxta sahibi ilə baş verən mübahisədən sonra həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, “Le Figaro” nəşrinin yerli hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, hadisə Port-dü-Pale limanında baş verib. Bildirilir ki, jandarmlar hadisə yerinə çatdıqda meri körpüdə ürək dayanması vəziyyətində aşkarlayıblar.

İlkin məlumata əsasən, hadisə ilə əlaqədar şübhəli şəxs saxlanılıb. Merin bədənində zorakılıq və ya döyülmə izləri aşkarlanmayıb. Ölümün dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə araşdırma aparılır.

Hadisədən sonra həmkarları və yerli sakinlər Dominik Russelotun ailəsinə başsağlığı verərək, onun kommunanın inkişafına verdiyi töhfələri yüksək qiymətləndiriblər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki