image-1backend

Məşhur ingilis nəşri “The Times”:”Türkiyə dünyanın yer üzündəki cənnətidir” – FOTOLAR

image-reklam_sirab_01

Dünyaca məşhur ingilis nəşri “The Times” qəzeti Türkiyə ilə bağlı yazı yayımlayıb. İngilis nəşrinin əməkdaşı Türkiyəni gəzərək ən görməli yerlərin siyahısını dərc edib. Əsasən dənizkənarı ərazilərdə olan ingilis jurnalist bütün dünya turistlərinə səslənib:”Cənnəti görmək istəyirsinizsə Türkiyəyə səfər edin. Yer üzündəki əsl cənnət Türkiyədir.” Jurnalist Türkiyənin əsl turizm cənnəti olmasından, buradakı otellərdən, Türkiyə mədəniyyətindən geniş yazıb. Dadlı türk mətbəxinə heyran qalan jurnalist buradakı tarixi abidələrə də diqqət çəkib. Qəzetin 3 nömrəsinin əsas səhifələri məhz Türkiyə turizminə həsr edilib. Jurnalist Türkiyədə turistlərin gəzməli olduqları əsas yerləri belə sıralayıb.  Bu yazını diqqətinizə çatdırırıq.

image-1
Fethiye’de Knight Island – Türkiyənin Aralıq dənizi sahillərinin ən gözəl yerlərindən biri olan Fethiye körfəzində, dağlarla əhatə olunmuş, üzərində avtomobil olmayan bir adada istirahət etmək unudulmaz bir təcrübə ola bilər.

image-2

Cəngavər adasında, Fethiyənin izdihamlı mərkəzindən cəmi 10 dəqiqəlik məsafədə, kiçik bir otel və sahildə tikilmiş bir neçə ev var.
image-3Fəthiyənin Ölüdənizdə Faralya kəndi – Faralya sadə, füsunkar bir kənddir, hətta bu dövrdə üzümlə örtülmüş dükan sahibləri sizə pide və şorba təklif edə bilərlər. Burada qala biləcəyiniz yerlərin əksəriyyəti sadə və ucuz hostellər olsa da, kənddə bir neçə sərin butik otel də var.

image-4

Likya Yolu adlanan uzun gəzinti yolu da Faralyadan keçir.

Çimərlikdə vaxt keçirmək qərarına gəlsəniz, diqqətli olun. Kəndin sakit sularında məskən salan delfinlər ailəsi hər an başlarını sudan çıxarıb sizi qarşılaya bilər.

image-5

Marmarisin Səlimiyə və Söğüt turistik yerləri – Bodrum və Marmaris yaxınlığındakı Bozburun yarımadasının qərb sahili, şərqdəki Turunç və İçmelerin izdihamlı çimərlikləri və parlaq işıqları ilə heç bir əlaqəsi olmayan bir yerdir.

image-6

Səlimiyə və Söğütdə dəniz kənarında tənbəllik etmək, gün batımını seyr etmək və axşam yeməyi üçün bu balıq restoranlarından birinə getməkdən başqa bir variantınız yoxdur. Buna görə də, avtomobil icarəyə götürmək və yarımadanın içini araşdırmaq yaxşı bir fikir ola bilər. Bozburun ətrafında qısa gəzintilər edərək Bayır kəndindəki sevimli kilsəni və kölgəli çay bağını da ziyarət edə bilərsiniz.
image-7Əgər çimərlikdə tənbəllik etmək istəyirsinizsə, bir az şərqə istiqamət götürüb Kumlubükdəki çimərliyin sakit sularına qərq ola bilərsiniz. Amos, Lorima və Fiskos kimi xarabalıqlar bölgənin toxunulmaz təbiətini ortaya qoyan digər elementlərdir.

image-8

Akyaka- Muğla yaxınlığındakı Akyaka kəndi tam olaraq kəşf edilməmiş bir yer deyil, lakin hələ də gözəlliyini və sakitliyini qoruyur. Təzə balıq yemək istəyən tətilçilərin hədəflərindən olan kənd şam meşələri və çay boyu kiçik çimərlikləri ilə də diqqət çəkir.

Xüsusilə cümə axşamı günləri keçirilən bazarda ferforje lampalardan tutmuş əllə çəkilmiş parçalara, təzə tərəvəz və meyvələrə qədər hər şeyi tapa bilərsiniz.

image-10

Ortakent – İzdihamlı kurort şəhəri Bodrumdan kənarda uzanan yarımadanın nə qədər toxunulmaz olduğunu görüb təəccüblənə bilərsiniz. Parıldayan dənizin sahilində begonvillərlə örtülü kiçik kəndlərdə fermerlərin sadə evləri və zərif villaları yan-yana dayanır. Yarımadanın mərkəzində yerləşən Ortakent bölgənin ən gözəl çimərliklərindən birinə ev sahibliyi edir. Çimərliyi kənddən əncir, naringi və zeytun ağacları bağı ayırır. Kənd 17-ci əsrdə müdafiə məqsədilə tikilmiş qüllə evləri ilə tanınır.

İngilis nəşri Türkiyəyə səfər etmək istəyən turistlərin xərclərini də açıqlayıb. Nəşr Türkiyədə turizm üçün əlverişli şəraitin olduğunu qeyd edərək qiymətlərin, İspaniya və İtaliya kimi turizm ölkələrindən qat-qat ucuz olduğunu qeyd edib.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki