Vətəninfo.az xəbər verir ki, İranda jurnalistlərə qarşı təzyiqlərin davamı olaraq dünən Nəsrin Həsəni adlı jurnalist 7 aylıq həbs cəzasını çəkmək üçün saxlanılaraq Bocnurd şəhr zindanına aparılıb.
O, 2022-ci ildə xalq etirazları zamanı həbs edilərək 7 ay həbs və bir milyon tümən (40 ₼) cərimə cəzasına məkum edilmişdi.
Məlumata görə, qadın jurnalist həbs cəzasını çəkmək üçün Bocnurd zindanına aparılması barədə “İnstaqram” hesabında xəbər verib.
Qeyd olunub ki, ona “ictimai düşüncəni çaşdırmaq məqsədi ilə sosial şəbəkələrdə yalan məlumatlar yaymaq” və “ictimai yerlərdə hicabsız gəzmək” ittihamları ilə 7 ay həbs və əlavə olaraq 10 milyon tümən (405 ₼) cərimə cəzası verilib.


























