image-1backend

Məşhur səyyahın cənnət adlandırdığı Bartın -FOTOLAR

image-reklam_sirab_01

Qara dəniz bölgəsinin ən gözəl şəhərlərindən biri də Bartındır. Cəmi 205 min əhalisi olan  Bartın  1991-ci ildə Zonquldak vilayətindən ayrılaraq Türkiyənin 74-cü vilayəti olub. Şərqdə Kastamonu, cənubda Karabük, qərbdə Zonquldak vilayətləri, şimalda Qara dənizə çıxışı olan möhtəşəm təbiətə  malikdir. Bartının iqlim xüsusiyyəti yay aylarında isti və rütubətli, qış aylarında isə günlərin çoxunun isti və yağışlı olmasıdır. Təbii gözəllikləri, çimərlikləri və tarixi binaları ilə maraqlı şəhərdir.

image-1

Adını mifologiyada “Böyük Axan Su” mənasını verən Partheniumdan alan vilayətin Amasra, Kurucaşile və Ulus olmaqla üç rayonu var. Bartının sıldırım və meşəlik yamacları ilə dənizə çatan 59 km uzunluğundakı sahil xətti qeyri-adi gözəllik nümayiş etdirir. Amasra rayonu özünəməxsus təbii quruluşu və 3000 illik tarixi faktura ilə əhəmiyyətli bir turizm mərkəzidir. Amasra yay-qış turistlərlə dolur. Ölkəmizdə taxta qayıq istehsalının davam etdiyi ən əhəmiyyətli mərkəzlərdən biri də Kurucaşiledir. Osmanlı dövründən bu günə qədər Kurucaşiledə döyüş gəmilərindən balıqçı gəmilərinə, yük gəmilərindən əyləncə gəmilərinə qədər müxtəlif növ qayıqlar hazırlnır. Ulus şəlalələri və yaşılın hər tonunun göründüyü yaylaları ilə məşhur olan gizli cənnətdir. Kürə Dağları Milli Parkının hüdudlarında yerləşən Ulus,  onu əhatə edən ağaclar, çiçəklər və vəhşi heyvanlar ilə təbiət möcüzəsidir. Onsuz da əhalisi az olan şəhər tələbə şəhəri olmaq yolundadır.

Əslində tarixi qaynaqlara görə Bartın qədim bir şəhərdir. Dənizə çıxışı olduğu üçün buranı tarixdə kiçik liman şəhəri kimi qeyd edirdilər.  Bu şəhərdə çoxsaylı tarixi abidələr mövcuddur. Bunlardan biri də Pathenios mağarasıdır.

image-11

Əvvəllər Pathenios adlanan mağaranın tarixi eramızdan əvvəl 12-ci əsrə gedib çıxır. Mağara Qarqas tayfasının, Hetlərin, Frigiyalıların, Kimmerlərin, Lidiyalıların, Yunanların, Farsların və Makedoniyalıların hakimiyyəti altında idi. Daha sonra eramızın 11-ci əsrində türklərin bu əraziyə gəlişinə  qədər Roma İmperiyası və Bizans tərəfindən işğal edilib. Osmanlı İmperiyası dövründə Kastamonuya bağlı idi. Bartın hazırda mərkəzi Norviçdə yerləşən Avropa Tarixi Şəhərlər və Bölgələr Assosiasiyasının (EAHTR) üzvüdür. Bartın qədim xarabalıqları və köhnə türk memarlıq xüsusiyyətlərinə malik taxta evləri ilə məşhurdur. Yaz aylarında şəhərdə ölkə üzrə məşhur Çiyələk Festivalı keçirilir. Bartının iqlim xüsusiyyəti yay aylarında isti və rütubətli, qış aylarında isə günlərin çoxunun isti və yağışlı olmasıdır.

Bu gün Bartın əsl turizm şəhərini xatırladır. İstər yay, istərsə qış aylarında bu şəhərdə çoxsaylı turist görmək mümkündür. Bartına gələn turistlər həm də tarixi abidələri ziyarət edirlər.. Bu yazımızda tarixi Bartın şəhərində olan ən gəzməli və görməli məkanları sizin diqqətinizə çatdıracayıq.

Tavşan adası

image-12
Bartın şəhər mərkəzindən təxminən 17 km məsafədə olan Tavşan adası, Tarixi Amasra Kemere Körpüsü üzərində yerləşir.

Kürə Dağları Milli Parkı

image-13

Bartın şəhər mərkəzindən təxminən 62 km məsafədə olan milli park Bartın ilə Kastamonu arasında yerləşir.

Kürə Dağları Milli Parkının bir hissəsi Bartında, bir hissəsi isə Kastamonuda yerləşir. 2000-ci ildə milli park elan edilən bölgə kanyonlar, şəlalələr, çuxurlar, meşələr və mağaralarla əhatə olunub. Çox mühüm təbiət ərazisi olan milli parkda 129 quş və 40 məməli növü yaşayır.

İnkumu çimərliyi

image-14

Bartın şəhər mərkəzindən təxminən 15 km məsafədə olan çimərlik Bartın vilayətinin sərhədləri daxilində yerləşir.

İnkumu çimərliyi yay mövsümündə dəniz, qum və günəş üçlüyündən həzz ala biləcəyiniz ərazilər arasındadır.

Amasra Muzeyi

image-15

Bartının Amasra rayonunda yerləşən muzey Bartın şəhər mərkəzindən təxminən 17 km məsafədədir.

1982-ci ildən fəaliyyət göstərən muzey şəhərin mühüm tarixi tikililəri sırasındadır. Şəhərin 4000 ildən çox tarixini ortaya qoyan muzey 1955-ci ildə bələdiyyə binasında ziyarətçilərin istifadəsinə verilmiş, daha sonra Amasra rayon mərkəzindəki köhnə ibtidai məktəb binasına köçürülmüşdür.

Muzeydə 4 sərgi zalı var. Bağda mühüm tarixi xarabalıqlara da rast gəlmək olar.

Güzelcehisar Lava Sütunları

image-16

Bartının Mərkəz mahalının Güzelcehisar kəndində yerləşən Güzelcehisar Lava Sütunlarının gözəl mənzərəsi var.

Güzelcehisar Lava Sütunları Türkiyənin nadir gözəlliklərindəndir. Bunlar çox köhnə bir vulkandan gələn lava axınlarıdır. Diametrləri 50-100 sm, hündürlüyü 30 m-dən çox olan lava sütunları gözəl görünüşü ilə ziyarətçiləri heyran edir.

Ulukaya şəlaləsi

image-17

Bartının Ulus rayonunda yerləşən şəlalə Bartın şəhər mərkəzindən təxminən 55 km məsafədədir.

Ulukaya şəlaləsi 20 m hündürlükdən axır. Gözəl təbiət mənzərəsi ilə diqqət çəkən bölgə, xüsusilə yaz-yay aylarında çoxlu ziyarətçi sıxlığı qəbul edir. Şəlalənin düşdüyü yerdə eni 40 m olan gölməçə də var.

Sütunlu qaya

image-18

Bartının Amasra rayonunda yerləşən Direkli Kaya şəhər mərkəzindən təxminən 17 km məsafədədir.

Genuyalılar tərəfindən inşa edilən Direkli qayasının ümumi uzunluğu 7 m-dir. Gözəl mənzərəsi ilə bölgəyə çoxlu ziyarətçilər gəlir. Tikintisində məqsədi dənizi işıqlandırmaq olan Direkli Kayanın mərmər körpüsü, qayalara oyulmuş pilləkənləri və dənizə bağlı hovuzları var.

Bu sadəcə Bartında olan gəzməli və görməli yerlərin bir hissəsidir. Bartın gözəlliklər şəhəridir. Məşhur türk səyyahı Övliya Çələbi məşhur 10 cildlik “Səyahətnamə” əsərində Bartın şəhəri kəşf edilməyən cənnət adlandırıb. Bu şəhəri gəzən məşhur səyyah öz əsərində şəhərin bir neçə tarixi abidələri ilə bağlı bilgi verib. Sizin də yolunuz bu qədim şəhərə düşsə, mütləq tarixdən bizə miras qalan abidələri ziyarət edin.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki