backend

Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq

image-reklam_sirab_01

Bakı metropoliteninə üç il ərzində 13 yeni qatar və ya 65 vaqon gətirilməlidir.

Vətəninfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov qeyd edib ki, bu il ərzində Bakı metropoliteninə bu qatarların əksəriyyətinin, yəni 7 qatarın gətiriləcəyi barədə daha öncə məlumat verilmişdi:

“2 qatar artıq Bakıya çatdırılıb. Yaxın günlərdə bu barədə ictimaiyyətə əlavə məlumat da veriləcək. Qatarlar bir qayda olaraq iki-iki gətirilir. 2 qatarda tənzimləmə sınaq işlərinə müvafiq sənədləşmə prosedurların başa çatdıqdan sonra başlanılacaq. İctimaiyyətə bununla bağlı əlavə məlumatlar da təqdim olunacaq”.

“Noyabr-dekabr aylarına qədər gətiriləcək 7 qatarın hər biri xəttə buraxılacaq və bununla da demək olar ki, Bakı metrosunda Həzi Aslanov-Dərnəgül istiqamətində qatarların böyük əksəriyyəti yeni nəsil qatarlar olacaq”, – deyə o, əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image