image-mezahir-penahov-696x464backend

Məzahr Pənahov bir həftədə iki oğluna toy etdi – Biri “Buta Palace”da, o biri “Fairmont” hoteldə

image-reklam_sirab_01
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palace”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.

Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə ediblər.

MSK sədri Məzahir Pənahov açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb. (Manset.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki