Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.
Veteninfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1 800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.