Fələstin anklavında gərginliyin kəskin artmasından sonra 14 mindən çox əcnəbi və ikili vətəndaşlığı olan şəxs Qəzza zolağından Misirə təxliyə edilib. Vətəninfo.az xəbər verir ki, bu məlumatı Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Diya Rəşvan təqdim edib.
“Gərginliyin artdığı gündən indiyədək 14 023 əcnəbi və ikili vətəndaş, həmçinin 2 135 misirli Qəzzadan Rəfah keçid məntəqəsi vasitəsilə Misirə köçürülüb”, – Rəşvan bildirib.
O əlavə edib ki, indiyədək İsrail qüvvələrinin Qəzza zolağında bombardmanları nəticəsində yaralanan 773 nəfər və müalicə üçün Misir xəstəxanalarına aparılan ağır xəstələr həmin bölgədən Misirə gətirilib.