image-6backend

Moldova 2022-ci ildə “Qazprom”la müqaviləyə yenidən baxa bilər

image-reklam_sirab_01

“Moldovanın ötən həftə Rusiyanın enerji şirkəti “Qazprom” ilə imzaladığı müqaviləyə yenidən baxmaq imkanı var”.

Veteninfo.az xəbər verir ki, bu barədə “N4” telekanalına müsahibəsində “Moldovaqaz”ın idarə heyətinin sədri Vadim Çeban bildirib.

Onun sözlərinə görə, hazırkı müqavilə Moldova üçün yaxşı şərtlərlə bağlanıb:

“Gələn il, ixtiyarımızda daha çox vaxt olduqda, mövcud müqaviləni əvəz edəcək yeni bir müqaviləni müzakirə etmək imkanımız var”.

O qeyd edib ki, 2006-cı il müqaviləsi ötən həftə 5 il müddətinə uzadılıb. Eyni zamanda, Moldova üçün qazın dəyəri neft məhsulları səbətinə və Avropa ticarət platformasının indekslərinin qiymət düsturuna əsasən hesablanır. Bundan əlavə, Moldova operatorları “Qazprom” ilə mövcud müqavilə çərçivəsində qazı digər təchizatçılardan da ala bilərlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki