“Mədəniyyətimiz o qədər dərindir ki, heç özümüz də o dərinliyə gedib çıxa bilmirik. Əsas məsələ hər şeyin əlçatan olmasıdır. Bəli, yeni, müasir ifaçılarımız var, amma onlar rəqabətə dözümlüdürmü, ya yox?Bizim dəyərli sənətkarlarımız olub , bu gün də var. Biz öz ənələrimizi qorumalıyıq. Çünki bizim auditoriyamız öz dilimizdə sevir. Bu çox gözəl haldır. O deməkdir ki, dilimiz, musiqimiz də möhkəmdir”. – bu fikirləri açıqlamasında Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib. deyib.
“Bizim ulduzlarımız daxili bazar üçün işləyirlər, özləri dolanırlar, onların böyük musiqi prodüserləri yoxdur. Biz bu bazarı yavaş-yavaş dünyaya açacağıq. Çünki biz dünyaya indi tam başqa, qalib ölkə kimi gəlmişik. Bizim ölkəmiz abidələrimiz və gözəl yeməklərimizdən əlavə musiqimizlə də tanınmalıdır. Ən əsas məsələ isə müəllif hüquqlarıdır. Onları qorumalıyıq. Düşmənlərimiz bunu ortaya atdılar. Biz onu müzakirə edənə qədər digər bütün mahnılarımızı apardılar. Bu, o deməkdir ki, biz musiqimizi qorumalıyıq”, – deyə Nisə Qasımova əlavə edib.

























