Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin deputatlığa namizədliyi qeyd alınıb.
Vətəninfo.az xəbər verir ki, N.Cəfərli 33 saylı Xətai birinci seçki dairəsində mübarizə aparacağını bildirib.
O, “ilk mərhələni uğurla keçdik, Xətai Rayonu 33 saylı seçki dairəsindən deputatlığa namizədliyim qeydə alındı. İmza toplamada əməyi keçən, imzasını verən hər kəsə təşəkkür edirəm!”, – deyib.
Xatırladaq ki, bu dairəsən altıncı çağırış Milli Məclisin komitə sədri Zahid Orucun da deputatlığa namizədliyi qeydə alınıb.