NATO Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir.
Vətəninfo.az xəbər verir ki, bunu Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Xavyer Kolomina bəyan edib
NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina:
– NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir
– Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin təməlində dayanan ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmətlə yanaşmaq bizim üçün çox vacibdir.
– Biz çox bağlı olduğumuz BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, tərəfdaşlarımız arasında mövqe tutmuruq.