Naxçıvan Dövlət Universitetinə ağır itki üz verib.
Vətəninfo.az xəbər verir ki, ali təhsil ocağının müəllimi olmuş Abutalıb Kazım oğlu İsmayılov vəfat edib.
Qeyd edək ki, Abutalıb İsmayılov 2 noyabr 1956-cı ildə Babək rayon Cəhri kəndində (indiki Cəhri qəsəbəsi) anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsini bitirib. 1984-cü ildən 1986-cı ilədək Bakı Dövlət Layihə İnstitutunda memar işləyib. 29.12.1986-cı ildən 28.04.1992-ci ilədək Babək rayon XDS İcraiyyə Komitəsində baş memar, 28.04.1992-ci ildən 02.05.1994-cü il tarixinədək Babək rayon XDS İcraiyyə Komitəsində Memarlıq və Tikinti şöbəsinin müdiri işləyib, 02.05.1994-cü ildən 03.01.2003-cü ilədək Babək rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 yanvar 2003-cü il tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Memarlıq Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib. 2003-cü ilin yanvar ayından 2013-cü ilin fevral ayına qədər sözü gedən vəzifədə çalışıb.
2019-cu ilin sentyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” kafedrasında müəllim vəzifəsində işləyir.
Allah rəhmət eləsin!.