image-275981919_433301088561567_7189668423669608549_nbackend

Nazarbayevin qardaşı oğlu dələduzluqla biznes mənimsəməkdə ittiham olunur

image-reklam_sirab_01

Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulı və onun keçmiş həyat yoldaşı ilə bağlı araşdırmalara başlayıb.

Veteninfo.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

“Korrupsiyaya Qarşı Mübarizə Xidməti biznesi dələduzluq yolu ilə ələ keçirmə faktı ilə bağlı Qayrat Satıbaldıulı, onun keçmiş həyat yoldaşı Gülmira Satıbaldı və digər şəxslərə qarşı ibtidai istintaqa başlayıb”, – məlumatda deyilir.

Martın 16-da Gülmira Satıbaldı saxlanılaraq Nur-Sultan şəhərindəki müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Satıbaldıulı Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur və Forbes Kazakhstan jurnalının məlumatına görə, ölkənin ən nüfuzlu iş adamları siyahısına daxil edilib.

Bundan əvvəl Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti məlumat vermişdi ki, Satibaldı vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin xüsusi külli miqdarda vəsaitini mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

O, Dubaya uçmaq niyyətində olduğu Alma-Ata hava limanında saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki