image-bez-nazvaniyabackend

Nazim Bəydəmirli: “Ermənistanla bağlı İranın mövqeləri Azərbaycana qarşı yönəlib”-ÖZƏL

image-reklam_sirab_01

Oktyabırn 31-də Soçidə Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vlafimir Putinlə üçlü görüşün ardından İrana gedən Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüşdü.

Görüş sonrası verilən açıqlamada bildirilir ki, İran və Ermənistan bu ilin sonuna kimi iki ölkə arasında ticarət dövrüyyəsini üç milyarda çatdırılmasına, İrəvan ilə Tehran arasında digər istiqamətlərdə də əməkdaşlığı gücləndirilməsi istiqamətində birgə addımların atılmasına nail olunması üçün razılığa gəlindiyini bəyan ediblər.
Maraqlıdır ki, şiə və müsəlman olduğunu iddia edən Tehran rejimi eyni məzhəb və dinə malik olduğu Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirmiş, 30 il Azərbaycan torpaqlarını işğalda saxlamış bir ölkəyə niyə və hansı səbəbdən bu qədər ehtiram və hörmətlə yanaşır. Digər bir tərəfdən isə Azərbaycan kimi güclü bir ölkə ilə davamlı olaraq qarşıdurmalar yaradan İran rəhbərliyi niyə güclü Azərbaycan dura-dura,iqtisadiyyatı çökmüş,siyasi sabitlik olmayan bir Ermənistanı seçir?

Vətəninfo.az  saytına iqtisatçı alim, Nazim Bəydəmirli  Azərbaycan qonşu ölkələrə heç bir ərazi iddiaları olmadığını, heç bir ölkənin daxili işlərinə qarışmadığını bəyan edib.

Əsasən də İran-Ermənistan və Rusiyaya qarşı, daha çox bu üç ölkə ilə müxtəlif vaxtlarda problemlər gündəmə gəlir. Bu hər üç ölkənin ortaq maraqları bir də ona xidmət edir ki, Qarabağın, Azərbaycanın əzəli torpaqlarının illərlə işğalda saxlanılmasından məhz bu üç ölkə mənfəət götürür:

“ Ona görə bu üç ölkənin maraqları üst-üstə düşür ki, həmişə Azərbaycanın başı hər hansı bir problemlərə qarışsın. Son illərdə dəfələrnən biz qeyd etmişik ki, Azərbaycan İranla olan münasibətində,hətta başqa ölkələrin İrana qarşı yönəlik müxtəlif problemlər yaranan zaman, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə olunmayacağını bəyan etmişdir. Bütün bunlara rağmən çox təssüf ki, Ermənistanla İran arasında olan iqtisadi əlaqələr, son vaxtlar daha da inkişaf etdirilməsi haqqında bir qısqanc məlumatlar yayılır. Ermənistanla bağlı İranın mövqeləri Azərbaycana qarşı yönəlib”.

Nazim Bəydəmirli bildirib ki, Azərbaycan heç bir ölkənin bir-biri ilə qarşılıqlı münasibət qurmasına qarşı deyil, heç vaxt da bunu dilə gətirməyib: “Ancaq iqtisadi nöqteyi nəzrdən necə ola bilər ki, iki ölkənin sahibkarları, Azərbaycan və İranın iş adamları daha böyük potensialları olduğu halda, bütün bu maraqlar Ermənistanın şıltaq siyasətinə qurban verilir? Əslində bu ölkələrin himayəsini hiss edərək Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 350 milyard dollardan yuxarı bizə ziyan vurmuşdur. Eyni ilə hələ də bizə qarşı ərazi iddialarından əl çəkməyib”.

İqtisadi eksper maraqlı bir fikir də səsləndirib. Bildirib ki, belə olan halda bu coğrafiyada İranla həmsərhəd olan bölgələrdə, təqribi hesablamalara görə, 40 milyona yaxın İran vətndaşları olaraq sırf etnik azərbaycanlılar yaşayır və biz onların cəmiyyətinə inteqrasiya olunmasında maraqlıyıq: “Iranın ərazi bütövlüyünü biz tanıyırıq və hörmət edirik. Eyni zamanda özümüzə qarşı olan münasibətdə də bunu gözləyirik. Bu baxımdan həm də sizə xatırladım ki, Şimal-Cənub dəhlizini, Rusiya-Azərbaycan və İran hökumətlərarası müqavilələri, Astara dəmir yolunun terminalının tikintisinə Azərbaycanın vəsait xərcləməsini, Astara-Rəşd dəmir yolunun tikintisinə 500 milyon dollarlıq Azərbaycanın verdiyi krediti bir daha xatırladım ki, rəsmi Bakı həm də İranın infrasturukturlarının yenilənməsində maraqlı ölkədir, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Eyni zamanda Xəzər dənizi vasitəsi ilə daşımalar da İrana daha faydalı ola bilərdi. Azərbaycanla iqtisadi inteqrasiya İran üçün daha maraqlı olmalıdır”.

Nazim Bəydəmirli qeyd edib ki, görünən odur ki, bütün bunlar müxtəlif siyasi kanyukturaya xidmət edir: “Görünən odur ki, Azərbaycanın güclənməsini istəməyən yenə də çox ölkə var,o cümlədən qonuşularımız da bunu istəmirlər. Bu baxımdan Ermənistanla-İran arasında ticarət dövrüyyəsinin artması ilə bağlı hökumətin təşviqi, eyni zamanda Qafanda konsulluğun açılması, sərhəddimizə yaxın ərazilərdə hərbi təlimlərin keçirilməsi,bütün bunlar Azərbaycana dost mesajları deyil. Çox təssüf edirəm ki,bu mənada biz İrandan daha praqmatik siyasət gözləməyə haqqımız var. Çünki, dediyimiz kimi, həm etnik baxımdan, həm dini baxımdan, həm də coğrafi baxımdan biz İrana daha yaxınıq, nəyin ki, Ermənistan. Ümid edirəm ki, bundan nəticə çıxarılacaq”.

Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image