image-reklam-veteninfo
image-27cbb5cf-2a32-49f9-831b-94a2df6a868fbackend

“Naxçıvan Televiziyasının ənənələri, kollektiv ruhu və peşəkar mühiti qorunmalıdır” -Tahir Tahiroviç

image-reklam-veteninfo

Tanınmış kinorejissor Tahir Tahiroviç Vətəninfo.az-a müsahibə verib

-Tahir müəllim, son günlər bir müddət sizin də çalışdığınız Naxçıvan televiziyasındakı böhranlı vəziyyət barədə mediada və sosial şəbəkələrdə ciddi narahatlıq ifadə edilir. Hazırki vəziyyəti necə qiymətləndirirsiniz?

-“Hadisələri izləyirəm və vəziyyətin bu şəkildə böyüməsi, kanalın zəif idarəçiliyi təəssüf doğurur. Naxçıvan televiziyası peşəkar ənənələri olan bir qurumdur və ümid edirəm ki, problemlər sağlam, şəffaf yolla həll olunacaq. Orada çalışan insanların zəhmətinə hörmətlə yanaşmaq vacibdir. Yaddan çıxarmaq olmaz ki, rəhbər şəxs əməkdaşları ilə intiraqa apara bilməz.”

-Bəs çıxış yolu nədir?

-Bu cür situasiyalarda çıxış yolu həmişə eynidir sakitlik, aydınlıq və ədalət. Naxçıvan televiziyası yüzlərlə insanın zəhməti ilə formalaşmış bir ocaqdır. Orada yaranan gərginlik heç kimin xeyirinə deyil.
Hər kəs masaya oturmalı, problemlər bir-bir açıq şəkildə müzakirə olunmalı və tələsmədən, kiminsə haqqını tapdalamadan qərarlar verilməlidir. Kanalın ənənələri, kollektiv ruhu və peşəkar mühiti qorunmalıdır. Çıxış yolu ziddiyyət yaratmaqda yox, bir-birini dinləməkdədir. Bunu da hər rəhbər bacarmır. Ümid edirəm, təsadüfü adamlar kanaldan uzaqlaşdırılacaqlar.

-Naxçıvan televiziyası, ümumilikdə, özünüzlə bağlı hansı yaradıcı planlar var?

-Hazırda Naxçıvan televiziyası ilə bağlı konkret planım yoxdur. Amma oranın mənim üçün dəyəri böyükdür və gələcəkdə peşəkar əməkdaşlıq imkanları yaranarsa, məmnuniyyətlə dəyərləndirə bilərəm. Çünki Naxçıvan mənim üçün müqəddəs yerdir. Oranın inkişafı üçün əlimdən gələni etməyə hazıram. Tammetrajlı bədii filmin son mərhələləri üzərində işləyirəm və yaxın aylarda bir neçə beynəlxalq festivala qatılmağı planlaşdırıram. Enerjimi əsasən bu layihələrə yönəldirəm.
Əlavə olaraq demək istəyirəm ki, kanalın sabiq rəhbəri Sahil Tahirli Naxçıvan televiziyasının inkişafında, xüsusilə də peyk yayımına hazırlıq, gənc kadrların hazırlanması prosesində böyük işlər görmüş şəxslərdən biridir. Bu, danılmaz faktdır və onun həmin dövrdə atdığı addımlar televiziya üçün ciddi bir mərhələ idi.
Peşəkar təcrübəsi və kollektivlə işləmə bacarığı nəzərə alınanda, onun yenidən televiziyaya qayıtması müəyyən mənada normal və praktikada tez-tez rast gəlinən bir hal ola bilər. Dünyanın müxtəlif media qurumlarında çalışmış insanların daha sonra geri dönüb işi yenidən canlandırdığına dair çoxlu nümunələr var.
Əlbəttə, bu qərar aidiyyəti qurumlara məxsusdur, amma və lakin obyektiv baxanda belə bir geri dönüşün televiziyaya dinamika və təcrübə baxımından müsbət təsir göstərə biləcəyini düşünmək olar. Ən sonda Naxçıvan Televizyasının bütün əməkdaşlarına uğurlar diləyirəm.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki