“Neftçi”nin daha bir futbolçusu zədələnib.
Kenni Sayef Avstriyada “Rapid”ə qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.
29 yaşlı yarımmüdafiəçinin yerinə 100-cü dəqiqədə meydana Azər Əliyev daxil olub. Daha əvvəl Azər Salahlı eyni səbəbdən qarşılaşmaya davam edə bilməyib.
Qeyd edək ki, “Rapid” 1:0 hesabı ilə öndədir. Bakıdakı ilk görüşdə “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.