“Neftçi”nin UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri olan Lixtenşteynin “Vaduts” və Türkiyənin “Konyaspor” klubları III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gəliblər.
Vaduts şəhərindəki “Reynpark” stadionunda oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Meydan sahiblərindən qolu 72-ci dəqiqədə Franklin Sasere vurub. Qonaqlardan isə 89-cu dəqiqədə Məhəmməd Dəmir fərqlənib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 11-də olacaq. Bu cütün qalibi pley-offda “Neftçi” – “Rapid” (Vyana, Avstriya) duelinin güclüsü ilə qarşılaşacaq. “Ağ-qaralar” Bakıdakı ilk görüşdə Vyana təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.