image-6backend

Nizami rayonu Keşlə qəsəbəsində Şah Abbas məscidinin əsaslı təmir işləri davam etdirilir

image-reklam_sirab_01

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin mərkəzinə yaxın olan, qədim qəsəbələrindən biri Keşlə qəsəbəsində yerləşən XVII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi olan Şah Abbas məscidinin əsaslı təmir və yeni minarənin tikintisi işləri davam etdirilir.
Məscidin əsaslı təmiri və minarənin tikintisi yeni memarlıq layihəsi əsasında aparılır. İlkin olaraq bina daxilində bərpa və perimetri boyunca gücləndirmə işləri görülüb. Hazırda məscid binasının daxilində və fasad hissəsində bərpa işləri həyata keçirilir. Yeni minarənin monolit dəmir-beton işləri başa çatdırılıb, minarəyə çıxış üçün metal konstruksiyadan dəmir pilləkən qoyulub və minarənin üzlük işlərinə başlanılıb.
Məscidin köhnə hasarı sökülüb, öz dövrü memarlıq üslubuna uyğun tikilir.
Ərazidə olan və tarixi əhəmiyyət daşımayan yararsız hala düşmüş köməkçi tikililər tamamilə sökülüb, tələbata uyğun olaraq 500 m2 sahəni əhatə edən yeniləri (qadınlar üçün ibadət zalı, 100 m2 ehsan zalı, dəstəmaz otağı, mətbəx, anbar və digər texniki otaqlar) tikilib. Hazırda həmin tikililərdə tamamlama və dam örtüyünün vurulması, məscidin həyətində isə abadlıq işləri aparılır.
Məscidin yaxınlığındakı köhnə bulaq kompleksi sökülüb və müəyyən olunmuş ərazidə yenisi tikilir, həmçinin Şəhidlər Xiyabanında təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.
Görülən işlərlə yanaşı, məscidin yerləşdiyi Kamran Əfkari küçəsində də abadlıq-quruculuq işləri aparılır, uzun müddətdir ki, sakinləri narahat edən yöndəmsiz və küçənin estetik görünüşünə xələl gətirən müxtəlif xidmət sahələri üzrə obyektlər, səkilər yeni layihəyə uyğun olaraq təmir olunur, yaşayış evlərinin fasadları və dam örtüyü, işıq dirəkləri dəyişdirilir, həmçinin asfalt örtüyünün yenilənməsi nəzərdə tutulur.
Qeyd olunan işlər Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki