Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib.
Rəngarəng bayram proqramı çərçivəsində uşaqlar əyləncəli attraksionlarda şənlənib, müxtəlif oyun elementlərindən istifadə edərək xoş və yaddaqalan anlar yaşayıblar.
Şəhid ailələrinin üzvləri və qazilər göstərilən hərtərəfli diqqət, mənəvi dəstək və daimi qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda balacalara müxtəlif bayram hədiyyələri təqdim olunub.


























