“The New York Post” qəzetinin məlumatına görə, Oman İranın Hörmüz boğazından keçən gəmilər üçün xidmət haqqını birgə toplamaq təklifini rədd edib.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq üçün Maskat hətta boğazda təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün könüllü ödənişlər ideyasını da rədd edib.
Bundan əvvəl ABŞ rəsmisi Axios-a bildirib ki, İran Hörmüz boğazına nəzarəti itirib və artıq onun ABŞ-ın nəzarəti altındadır.
Bir neçə amerikalı rəsminin sözlərinə görə, Hörmüz boğazının böyük hissəsi minalardan təmizlənib və son həftələrdə boğazın cənub hissəsindən getdikcə daha çox tanker keçir.
Media orqanının məlumatına görə, bu, İranın qlobal enerji bazarlarına təsirini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ABŞ hakimiyyətinin Hörmüz boğazının minalardan təmizlənməsi ilə bağlı açıqlamalarını təbliğat yalanı adlandırıb.


























