Vətəninfo.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib ki, uzun illər etibar etdiklərittəhlükəsizlik sistemləri və müttəfiqləri (Rusiyanı nəzərdə tutur) öz zəif tərəflərimizi göstərmək və erməni xalqının müstəqil dövlətə malik olmasının mümkünsüzlüyünə haqq qazandırmaq vəzifəsini qarşıya qoyublar.
Onun sözlərinə görə, bu siyasətin 2018-ci ildə Ermənistanda baş verən inqilabla heç bir əlaqəsi yoxdur.