image-reklam-veteninfo
image-1backend

Peskov: Putin Zelenskiyə Moskvaya gəlməyi təklif edib

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvaya gəlmək istədiyi təqdirdə səfərin mümkün olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskovun sözlərinə görə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşün ekspertlər səviyyəsində aparılan iş başa çatmadan keçirilməsini məqsədəuyğun hesab etmir.

“Putin və Zelenski arasında görüşə gəlincə, bizim mövqeyimiz məlumdur. Putin bildirib ki, Zelenski istəsə, Moskvaya gələ bilər”, – Peskov qeyd edib.

O əlavə edib ki, belə bir səfər baş tutacağı təqdirdə Zelenskiyə müvafiq təhlükəsizlik təminatları veriləcək.

Peskovun sözlərinə görə, Ukrayna rəhbərliyi danışıqlar çərçivəsində hansı qərarların qəbul edilməli olduğunu yaxşı bilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki