Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin XİN rəhbəri Abbas Əraqçı ilə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının Zirvə Toplantısında iştirak etmək üçün Bişkekə yola düşüb.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian səfərdən əvvəl ŞƏT sammitinin əhəmiyyətindən danışaraq tədbirin region ölkələri ilə yanaşı, qlobal miqyasda müxtəlif və müstəqil mövqelərin ifadəsi baxımından mühüm olduğunu bildirib.
Regional gərginliyə toxunan İran prezidenti “Biz müharibə axtarmırıq” deyib. Bununla yanaşı, o, İranın təcavüz hesab etdiyi hər hansı addıma qarşı “boş oturmayacağını” və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb.
Pezeşkian qeyri-sabitliyin daha da artmasının regiondakı bütün ölkələrə təsir göstərə biləcəyini qeyd edib və ŞƏT üzvlərini təhlükəsizliyin təmin olunması, inkişafın dəstəklənməsi və iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində əməkdaşlığa çağırıb.


























