Türklərin “Yeraltı” serialına baxıram, arada həyati vacib və dövləti anladan fikirlər səslənir. Onlardan biri budur: “istihbaratçının sadə vətəndaşdan fərqi budur ki, o, hamıdan əvvəl bilir, hamı ilə birgə biləndə isə o sıravi vətəndaşdan fərqləndirmir!”
Azərbaycanda xəbəri (şayiəni, kompromatı və digər məxfi məlumatları) hamıdan əvvəl AZ ADAM bilir. Bəzən olur ki, siyasi partiya rəhbərləri və müxalif kontingent sosial şəbəkədə məğlətə salırlar ki, bəs deməzsənmi, Yaftıməli filan yerdə filan xəlvət işləri görüb! Halbuki bu “sensasion” məlumatlar, demirəm xüsusi xidmət orqanlarında, hətta bazardakı nənələrdə çoxdan var.
Deməyim o ki…
Arada (bekarçılıqdan) ağlıma çox qəribə fikirlər gəlir. Məsələn, adam var, spirt-araq adamdır, adam var, çaxır adamdır, adam var, konyak adamdır, adam var, heç nə, “napitok” adamdır, ən yaxşı halda, sirkə adamdır!
Azərbaycan siyasi mühiti və mətbu alanı dolub sirkə(-sarımsaq) adamlarla, hamısı da “Vətən, Millət, Sakarya” oxuyur! Və… ortada… zırt da yox!
O “Vətən, Millət, Sakarya” oxuyan sirkə(-sarımsaq) adamlardan biri və öndə yaxayırtanı da Cəmil Həsənlidir! – düzdür, peşəkar jurnalist olaraq, mən gərək faktologiyadan sonra bu qənaətə gəlməyi oxucunun öhdəsinə buraxaydım, fəqət, “tünd sirkə” öz qabını çatladıb, görən kimi, qeyri-ixtiyari adam dilə gətirməli olur!
Deməli, belə: demək olmaz ki, Cəmil Həsənli görməmiş adamdır. Yox, görüb! Cəmil müəllim görüb ki, Kişilər Sözü bir dəfə deyir! Cəmil müəllim onu da görüb ki, o köhnə kişilər haqsızlığın, vicdansızlığın, ədalətsizliyin sonunu gətirmək üçün bəzən yetərli olan tərs baxışını nümayiş etdirib, bəzən də əlini stola çırpıb!
Fəqət bunları bilə-bilə, onları görə-görə, Cəmil müəllim elə hey danışır – boş-boş!
Onu da demək olmaz ki, Cəmil müəllim bekara, kəmsavad adamdır! Yox, Cəmil müəllim oxumuş, savadlı adamdır!
Fəqət o qədər oxumaqla, o qədər savadla Cəmil müəllim nəinki konyak adam, heç spirt də demirəm, çaxır adam ola bilmir! Özünü(n markasını-əyarını) salıb sirkə və SİRK(ə)adamlığa – adam qurd da ola bilərdi, dönüb özündən, olub təlim ayısı!
Niyəsi də bu ki…
Rusiyada üsyan qalxır (dəqiq tarixini tarixçi professor özü bilir), II Yekaterina danışığa favoritlərindən birinmi göndərir ki, get, o qiyamçıların başçısından soruş, gör nə istəyir. Məlum olur ki, onlar istəyi varlıların rədd olmasıdır. Onda II Yekaterina göstəriş verir ki, bunların başını elə kəsin, yerə bir damcı qanları düşməsin: “Mənim çar babalarım mübarizə apardı, əraZilər ilhaq etdi, töycü yığdırdı ki, ölkə varlansın, əhali varlansın, bunlar gör nə istəyir?!”
Tarixçi Cəmil müəllim özünü o Puqaçov-Razinin torunları kimi aparır – ölkədə varlılar məhv edilsin! Düzdür, sözardısında dalına xalqın gün-güzəranını, uşaqpulunu, qazi müavinətlərini də əlavə edir, amma və lakin… adam bu yaşda da yolunu bula bilmir ki, o varlıları bu xalqın yanında olmağa hansı yolu təklif etsin!
Dərd bu da deyil: adam Maksimilian Robespyerdən, Adam Smitdən, Taleyrandan, Rişelyedən oxuyub, Napoleondan dərs keçib, böyük konsepsiyaların müəllifi olmaqdansa, ortaya turşubadımcandan başqa bir şey qoya bilmir – mahiyyəti sirkə!
Bir kimsə də buna demir ki…
Musa peyğəmbər Tanrı ilə növbəti söhbətində öz qövmünə məğlubedilməz sərkərdə göndərdiyi ilə maraqlanır, Tanrı da deyir ki, sənin yaşadığın küçənin başındakı pinəçini mən sənin qövmün üçün məğlubedilməz sərkərdə göndərmişdim, o “sirkə” də gedib pinəçilik edir!
İndi Cəmil müəllim də tam əksəriyyəti tərəfindən olmasa da, kifayət qədər sanballı tələbə kontingenti onu yaxşı müəllim sayır, alimlər arasında yaxcşı tarixçi kimi tanınır, qəbul edilir!
Adam neyləməlidir, adama nə deyilməlidir?
Əlbəttə ki, get, müəllimliyini elə!
Ən azından, əgər Cəmil Həsənli özünü bu millət, bu vətən üçün (dövlət təfəkküründən kasad adamdır, odur ki, demirəm bu dövlət üçün) gərəkli və işıqlı, ziyalı biri sayırsa, indiyə qədər o əlli dəfə tədris konsepsiyası ortaya qoymalıydı – faktiki də görür ki, təhsil bərbad gündədir! Təhsillə bağlı nəsə deyə bilsəydi ağıllı bir şey, bəlkə də ölkə rəhbəri səviyyəsində eşidilərdi! İndi nəylə məşğuldur? “Boyat xəbərçi”liklə! Hətta Azərbaycandakı “julik saytlar” ondan daha operativ və təzətər xəbərlər tirajlayır!
Adam düşüb Avropanın hansısa bir geydirmə agentliyinin dalına ki, bəs deməzsənmi, Cavanşir Feyziyev filan qədər pulu ölkədən çıxarıb!
VİCDANLI VƏ ƏDALƏTLİ biri, heç olmasa, konyak adam olsaydı Cəmil Həsənli, durub o 50 milyonun Avropadan Azərbaycana qaytarılması tələbi ilə çıxış edərdi gəzib-tezib gəzdiyi oralarda!

Ən azından, vbicdanlı və ədalətli biri kimi, bağırardı Avropanın gəzdiyi küçələrində ki, bu adam Azərbaycanda bu pulları MƏMUR OLARAQ qazanmayıb, müstəqillik illərinin ilk dönəmlərində BİZNESMEN kimi qazanıb!
Ədalətli və vicdfanlı adam olsaydı Cəmil Həsənli saşın yolardı, üzün cırardı, ən pis halda Azərbaycasnın əleyhinə dasnışılmaq üçün dəvət olunduğu Avropa saraylarında çıxış etməkdənsə, aclıq aksiyasına başlayardı ki, o pullar Azərbaycan qayıtmalıdır, Azərbaycanda qazanılmış pullardır və artıq Cavanşir Feyziyevin biznesi deyilən bir şey yoxdur! Və ardınca hətta mənim bilə-bilə yazmadığım, amma xislətinə və niyyətinə uyğun olaraq, Cəmil Həsənlinin bildiyi daha çox ilginc həqiqətləri deyərdi!
Guya Cəmil Həsənli bilmir ki…
Guya Cəmil Həsənli bilmir ki…
Guya Cəmil Həsənli bilmir ki…
Cəmil Həsənli çox şeyi bilir və pinəçilik edir – o hər dəfə bu cür çıxışlar edəndə onun sahibi olduğu vicdan və ədalət hissi hesabına mənim kimi bir çoxları düşmən qazanmalı olur! Çünki Cəmil Həsənli manipulyasiya edir, faktlasrın konstatasiyası üstündə! Cəsarət edib daha dərində olan həqiqətləri demək adamı daha böyük düşmənlə üz-üzə qoyur – bir xalqın guya da ziyalısı sayılan, guya da “rejim” dediyi hakimiyyətlə “vuruşan” bir alim bu qədər hiyləgərlik edərmi, bu qədər əclafcasına manipulyasiyaya rəvac verərmi?
Adam KƏMFÜRSƏTDİR! Arzu Əsəd çox savadlı və ləyaqətli bir elm adamıdır. Götürüb Cavanşir Feyziyevin hansısa əsərindən yazı yazıb “Ədəbiyyat qəzeti”ndə. Həmin yazını bəhanə gətirərək təzədən gedib çıxıb 2023-2024-cü ilə.
Bir güllə ilə iki dovşan vurmaq istəyir və bunu gizlətmir də: Cavanşir Feyziyev bundan və patronundan “Qoşa sağsağan” adlı yazı yazıbmış.
And ola Cəmil Həsənlini yüksəldən Sov.İKP-nin partbiletinə, and ola Cəmil Həsənlini “ziyalı” edən ADR tarixinə aid kitablarına, heç bir yazını oxumamışam, söhbət Cavanşir Feyziyev də deyil – and olsun dədəmin goruna, söhbət bir tarixçi-alimin, professorun cılızlığıdır!
Pinəçilik etməsidir!
Puqaçov-Razin torunluğu yapmasıdır!
Kəmfürsətlik girdabında boğulmasıdır!
Özünü “julik sayt”ların “komplo” ilə arvad-uşaq saxlayan reketirləri kimi aparmasıdır!
Cəmil Həsənli bu günə qədər bu savadla və bu həyat təcrübəsiylə anlamalıydı ki, onun və mənsub olduğu komandanın liderinin ağlıyla bu ölkəni, bu dövləti, bu vətəni bir yerə çıxarmaq olmaz!
Cəmil Həsənli bu günə qədər bu savadla və bu həyat təcrübəsiylə anlamalıydı ki, onun və mənsub olduğu komandanın liderinin ağlıyla bu ölkəni, bu dövləti, bu vətəni qorumaq olmaz!
Cəmil Həsənli bu günə qədər bu savadla və bu həyat təcrübəsiylə anlamalıydı ki, onun və mənsub olduğu komandanın liderinin ağlıyla bu ölkənin, bu dövlətin, bu vətənin hakimiyyətinə yiyələnmək olmaz, hətta naxışı gətirsə belə, Surət Hüseynov kimisi çıxıb kıqq edəndə şalvarını batıracaq qədər CƏSARƏTSİZ bir kontingentdirlər!
Siyavuş Novruzova bir “iki”yazıb universitetdən qovdurmaq qədərincə dirəniş göstərə bilməyən adamın xarici xüsusi xidmət orqanlarının, ordenlərin, dövlətlərin geopolitik maraqları qarşısında duruş gətirə biləcəyi ağlsığmazdır!
Bəs onda ANLA VƏ ADDIM AT DA: sənin işin müəllimlikdir, get, müeəllimliyini elə də!
O qədərmi ucuz “vətənpərəvər” ordeni əsirisən ki, köhnə xəbərləri güendəmə gətirməklə qanqaraçılıq edirsən, ürək bulandırırsan?
Hə, nə olsun ki, Arzu Əsəd adamın kitabından yazı yazıb? Oğraşlıq edib yanında durub şəkil çəkdirdiklərindən bəzilərinin dədəsi kimi? Elə adamı “xalq qəhrəmanı” kimi qəbul edib hüzurunda durub şəkil çəkdirirsən, bütün Azərbaycan bilir bu qəəəhhhh…rəmanın dədəsi nə oğraşdır, hökümətə girmək üçün nələrdən keçməyib?
İnsan hər zaman vicdanlı və ədalətli olmalıdır – dövlət, xalq, vətən, siyasət tribunasına çıxıbsa!
Rusların bir SPİD-info jurnalı vardı. Ötən əsrin 90-cı illərinin əvvəlində belə bir manşet vermişdi oxucu təklifini: “Mı sami znayem kak traxatsya, vı nam o druqix rasskajite”.
Hə, qoy sonda bir vaxtlar Cəmil Həsənli ilə bir cərgədə olanla, Cəmil Həsənlinin və liderinin də bəhrələndiyi bir məmurun söhbətini çatdırım:
– Ay Flora xanım, sizin o meydanlarda nə işiniz vardı, niyə bizi özünüzə və səsinizə həsrət qoyurdunuz?
İndi Cəmil Həsənliyə demək lazımdır: Ay Cəmil müəllim, sizin o siyasət deyilən, özünə müxalif partiya adını götürən adamlarla nə işiniz var, neyləyirsiniz oralarda, niyə bizim sizdən öyrənə biləcəyimizi eşitdirməkdənsə, sizi hörmətdən salan, pinəçi statusuna endirən, “boyat xəbərçi” vəsiqəsi ilə görəvləndirilən biri səviyyəsində çıxırsınız meydana?
Niyə ingilisin-yəhudinin-fransızın-almanın sənin dövlətinin və soydaşlarının özünə və sərvətinə qarşı “penis” kimi yaratdığı bir təşkilata “prezervativ”lik edirsiniz?
Əgər 33 ildir hakimiyyətdə olan bu iqtidara qarşı sənin və komandanın heç bir kontrkonsepsiyan işləməyibsə, nəticə verməyibsə, sənin haran müəllim oldu, professor oldu? Harda qaldı tarixi təcrübə və bilgilər üstündə siyasi mübarizədə qalib gəlmək bəsirəti? Sənin başın… siyasətdən cinsiyyət üzvü şalvardan çıxan kimi çıxırsa, neynirsən özünün və silahdaşlarının da gələcəyini məhv etməyi? Manyakmısan?
Necə tarixçisən, təhlilçisən, hələ də görmürsən və anlatmırsan ki, sənin liderin Elçibəyin hakimiyyəti təhvil verdiyi Heydər Əliyevlə hakimiyyətə gələnlərin və Heydər Əliyevin hakimiyyət verdiklərinin nəinki uşaqları, hətta nəvələri artıq nazirdir, komitə sədridir, deputatdır!
Hanı sənin (silahdaşlarının) uşaqları, nəvələri? Vampirmisən (vampirmisiniz), hətta öz uşaqlarınızın, nəvələrinizin gələcəyini mücərrdə “rejimlə mübarizə” adıyla məhv edirsiniz?
Cavanşir Feyziyevin İngiltərədə, İasveçrədə qəsb edilən 50 milyon funt-sterlingdən sənə nə, silahdaşlarına nə? Azərbaycan Dövlətinin, Azərbaycan Xalqının xilası Cavanşir Feyziyev konusuylamı bitir? Yaxud da onun hansısa əsəri haqqında Arzu Əsədin resenziyası iləmi? İndi Arzu Əsəd neylədsin ki, konyunkturaçı deyil, sənin kimi manipulyator deyil, sənin kimi deputat mandatı almağın yolunu bilmir, Əziz Əliyevdən və başqalarından sənin kimi yaza bilmir?
Neyləyək, yıxaq, sürüyək?
Bu yaşda da başa düşmürsənmi, sənin xayalarını əlləmək üçün dəsmal götürdüyün o London Ədalət Məhkəməsi Hüsnü Mübarəkin, Müəmmər Qəddafinin, Səddam Hüseynin və başqalarının pullarını müsadirə edib, onların dövlətləri və xalqları haqqında heç bir duyğusal addım demirəm, hətta xoş bir söz demədi! Ki… bağışlayın, onlara diktator dedik, amma pulunuzu basıb yeyirik!
“Tupoy”luq” – bu qədərmi?
Əgər sənin başın Azərbaycanın hesab etdiyinj pullar üçün narahatdırsa, onda bir KONSEPSİYA TƏKLİF ET! Ki… mənbəyindən və mahiyyətindən asılı olmayaraq, o pullar dövlətin xəzinəsinə qayıtsın!
1998-ci ildə Moskvada olanda belə bir məlumat oxudum “Nezavisimaya qazeta”da: ““Russkoe zoloto”nun rəhbəri Aleksey Tarantsev Vaşinqton hava limanında həbs olunmuşdur!”
Vaşinqton hava limanında Aleksey Tarantsev həbs olunanda qolunda 600 min dollarlıq saat, boynunda 200 min dollarlıq qızıl zəncir, barmağında 300 min dollarlıq bplatin üstündə brilyant qaşlı üzük qeydə alınmışdı.
Adamın viza sənədləri, biznes işləri hamısı qaydasında. Ancaq həbs olunub. Elşad Ramazanov vardı, dostum. Ona əl yazısı ilə bir vərəq verdim ki, tanışı olan o qəzetdə dərc etdirsin.
YAZMIŞDIM: Amerika öyrəşib rusu kartof-soğanla, sala ilə, kolbasa ilə “soobrazim” edim araq içən görməyə. Onlar rusun “yeriyən bank” obrazını həzm etmir!
Yəqin ki, Aleksey Tarantsevi bir neçə günə azad edəcəklər! Amerika rusun yeni imicinə öyrəşəndən sonra!
Düzdür, Elşad Ramazanov o yazını dərc elətdirə bilməmişdi, amma Aleksey Tarantsevə çatdırmışdı. O da demişdi ki, əgər bu yazı çap olunsaydı, bunu yazanı qızıla tutardım!
NƏHAYƏT: Cəmil Həsənli Cavanşir Feyziyevi pullarına və Arzu Əsədi onun əsərindən yazıya görə topa tutanda, sərçə ovlayırmış kimi, o biri əli ilə, ov tüfəngi ilə də havaya bir neçə atəş açır, qırmaları səpir… jurnalistlərin üstünə!
Əslində, Cəmil Həsənlinin daha çox bu düşüklüyü – plankanı aşağı salması məni “cinləndirdi”! Adam, sənin tərəfində duran, sənə bəytərifi deyən jurnalistlərin topası… Fərhad Əliyevin, Kəmaləddin Heydərovun demirəm, Əli Həsənovun, Vüqar Səfərlinin, Əflatin Amaşovun və b. biədəb yerlərindən,, özü də çox pis görünürlər (düzdür, təzə “şef”ləri də var, amma mən hələ dəqiq bilmirəm kim kimin tulasıdır!), “sorosyata”lar da öz yerində!
Bir az özünüzə qayıdın – yaxşı müəllim, yaxşı alim olduğunuz vaxtlara!
İndi çox pis görünürsünüz, cənab pinəçi professor, “boyat xəbərçi”!
Müstəqil jurnalist Aydın Canıyev


























