image-1backend

Putin Kim Çen Ina maşın hədiyyə etdi

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.

Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Marka və model göstərilməyib.

KCNA-nın qeyd etdiyi kimi, Kim Çen In üçün hədiyyəni fevralın 18-də onun bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq qəbul edib. O, Putinə minnətdarlığını çatdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki