image-reklam-veteninfo
image-1backend

Ermənistan məhkəməsi Qaqik Tsarukyanın həbs müddətini daha üç ay uzadıb

image-reklam-veteninfo

Ermənistanın paytaxtı İrəvanda məhkəmə “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış iş adamı Qaqik Tsarukyanın həbs müddətinin daha üç ay uzadılması barədə qərar qəbul edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də külli miqdarda dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib. Daha sonra onun barəsində vergidən yayınma ittihamı üzrə də yeni cinayət işi başlanıb.

Bundan əvvəl, sentyabrın 4-də məhkəmə iş adamının həbs müddətini iki ay uzatmışdı.

Son qərarla Tsarukyanın məhkəməyəqədərki həbs müddəti daha üç ay artırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki