image-1backend

Putin:”Rusiya nüvə müharibəsinə hazırdır”

image-reklam_sirab_01

Hərbi-texniki baxımdan Rusiya nüvə müharibəsinə hazırdır.Vətəninfo.az xəbər verir ki, bunu   Rusiya prezidenti Vladimir Putin teleaparıcı Dmitri Kiselevə müsahibəsində bildirib.

“Əlbəttə, biz hərbi-texniki baxımdan hazırıq. Onlar (nüvə raketləri) bizdə hər zaman, həmişə döyüş hazırlığı vəziyyətindədir”, – deyə Putin Rusiyanın həqiqətən nüvə müharibəsinə hazır olub-olmaması sualına cavab verib.

Taktiki nüvə silahlarından danışan Rusiya prezidenti vurğulayıb ki, Ukraynaya qarşı müharibədə heç vaxt belə silahlardan istifadəyə ehtiyac olmayıb.

Bu, onun ağlına belə bir fikir gəlmədiyini bildirirmi sualına Putin belə cavab verib: – Yox, amma niyə?

“Bizim öz prinsiplərimiz var. Əgər söhbət Rusiya dövlətinin mövcudluğundan, suverenliyimizə və müstəqilliyimizə təhlükələrdən gedirsə, biz istənilən silahdan, o cümlədən sizin qeyd etdiyiniz silahdan istifadə etməyə hazırıq. Bizim strategiyamızda hər şey yazılıb, biz onu dəyişməmişik”, – Putin əlavə edib.

O, həmçinin xatırladıb ki, bu gün ABŞ da öz nüvə qüvvələrini inkişaf etdirir, lakin bu, onların müharibəyə hazır olması demək deyil. Eyni zamanda, onun sözlərinə görə, əgər ABŞ nüvə sınaqları keçirsə, Rusiyanın da bunu etməsi mümkündür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki