image-1backend

Qalmaqal: Fransa Rusiyanın təyyarəsini ələ keçirdi

image-reklam_sirab_01

Fransanın “Mirage 2000” qırıcısı Estoniya sahillərində Rusiyanın İl-20 kəşfiyyat və patrul təyyarəsini ələ keçirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin Baş Qərargahının bəyanatında deyilir.
Qısa mesajda Fransanın “Mirage 2000” qırıcısını hava xəbərdarlığı ilə səmaya atdığı və Estoniya sahilləri yaxınlığında İl-20 təyyarəsini tutduğu qeyd edilir.

“Baltikyanı müttəfiqlərimizin hava məkanını qorumaq üçün bunu həyata keçiririk”, – Baş Qərargah başqa heç bir təfərrüat təqdim etmədən əlavə edib.

Bundan əvvəl Fransa Müdafiə Nazirliyinin rəhbəri Rusiya tərəfinin ümumi beynəlxalq hava məkanında fransız təyyarələrini vurmaqla hədələdiyini açıqlamışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki